(+994 51) 394 33 95

info@bizimdiyar.az

DƏSTƏK MƏRHƏLƏSİ

DƏSTƏK MƏRHƏLƏSİ

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsinin 3-cü icra mərhələsi “dəstək mərhələsi” dir. Belə ki, bu mərhələ çərçivəsində isə sahibkarların öz biznesini inkişaf etdirməsi məqsədilə müxtəlif görüşlər, konsultasiyalar keçirilir və mentorluq dəstəyi göstərilir.  Həmçinin, layihə iştirakçılarının fəaliyyətlərinin genişləndirilməsinə yardım etmək məqsədilə piar və reklam işinin təşkilinə də dəstək göstərilir. Kənd qonaq evləri “airbnb.com” “booking.com” kimi beynəlxalq şəbəkələrdə, həmçinin anoloji yerli saytlarda da  yerləşdirilir. Bundan əlavə sahibkarlara vergi hesabatları və maliyyə idarəetməsi mövzusunda da ekspert dəstəyi göstərilir. 

 

Bu mərhələ layihənin davamlılığının qorunması və sahibkarların fəaliyyətinin stabilliyi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.