(+994 51) 394 33 95

info@bizimdiyar.az

Sahibkarlıq obyektləri lazımi avadanlıqlar ilə təchiz edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və Təchizat” mərhələsi uğurla davam edir.

Belə ki, Quba, Qusar və Xaçmaz regionundan olan 18 sahibkarlıq obyekti əsaslı şəkildə təmir edilərək yerli və xarici turistlərin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil verilib. Eyni zamanda bu mərhələdə sahibkarlıq obyektləri Dövlət Məşğulluq Agentliyinin aqroturizm zərfi üzrə qonaq evinə lazım olan bütün avadanlıqlarla təmin edilir. Avadanlıqlar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisoner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir. Tezliklə sahibkarlıq obyektlərinin (kənd qonaq evlərinin) açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib. Eyni zamanda layihə iştirakçılarını maraqlandıran suallar detallı şəkildə cavablandırılıb. 

0 baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” …

0 baxış

Qubada təlimlər keçirildi

tərəfindən Editor

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan seçilmiş layihə iştirakçılarına 11 iyun tarixində Quba rayonunda təlimlər keçirilib.   Təlimdə “Qonaq evlərində təmizlik, gigiyena və …

0 baxış