“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və təchizat” mərhələsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundakı gələcək sahibkarlıq obyektlərinin təmir prosesi uğurla davam edir. Qeyd edək ki, təmir işləri mart ayından etibarən başlayıb və yekunlaşmaq üzrədir.
Təmir nəticəsində ümumilikdə 18 kənd qonaq evi hazırlanacaq və yerli, xarici turistlərinin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil veriləcək.
Növbəti mərhələdə gələcəyin sahibkarları Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən avadanlıqlar ilə təmin ediləcək.




