“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan seçilmiş layihə iştirakçılarına 11 iyun tarixində Quba rayonunda təlimlər keçirilib.
Təlimdə “Qonaq evlərində təmizlik, gigiyena və təhlükəsizlik qaydaları”, “Effektiv satış qaydaları və Brendləşmə” və s. kimi mövzular müzakirə olunub.


