“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində növbəti dəfə Quba, Qusar və Xaçmaz regionunda görüşdə iştirak etmiş bir qrup kənd sakininin sahibkarlıq obyekti kimi istifadə edəcəkləri evlərinə və ərazilərinə baxış keçirilib. Eyni zamanda layihədə iştirak üçün seçilmiş digər kənd sakinlərinin evlərinə yenidən baxış keçirilərək təmir və avadanlıq ehtiyacları müzakirə edilib.
Qeyd edək ki “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.



Quba-Qusar-Xaçmaz regionundakı qonaq evlərinə baxış prosesindən olan fotoları sizə təqdim edirik