“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi haqqında video reportaj Xəzər TV-də işıqlandırılıb. Reportajda turizm ekspertinin layihə haqqında fikirləri də səsləndirilib.
“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib. Eyni zamanda layihə iştirakçılarını maraqlandıran suallar detallı şəkildə cavablandırılıb.