Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə regionlarda qonaq evlərinin seçimləri davam edir.
Hazırda layihəyə müraciət edən vətəndaşların seçimi aparılır, turizm obyekti kimi təsis olunacaq evlərin vəziyyəti öyrənilir. Seçim prosesi başa çatdıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə müvafiq işlər aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.
