(+994 51) 394 33 95

info@bizimdiyar.az

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə seçim meyarları

Azərbaycanın turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə seçim meyarları barəsində aşağıda qeyd olunmuşdur.

Layihəyə müraciət edən şəxslər aşağıdakı meyarlara uyğun olmalıdır:

– İşsiz hesab edilməli və işsiz kimi qeydiyyata alınmış şəxs olmalı;

– Kənd turizm sahəsinə marağı olmalı və özünü bu sahədə inkişaf etdirmək istəyən olmalı;

– 2 ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq öhdəliyini üstlənməklə, öhdəlik müqaviləsi imzalamaqla maddi məsuliyyət daşımağa hazır olmalı;

– Sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edəcəyi evdə təmir, dizayn və təchizat məqsədli fəaliyyətlərə razı olmalı;

– Sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edəcəyi evinin həyətyanı ərazisi və tikilinin ərazisi geniş olmalı (və ya tikilinin əlavə giriş-çıxış imkanları olmalı).

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılmasıdır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib. Eyni zamanda layihə iştirakçılarını maraqlandıran suallar detallı şəkildə cavablandırılıb. 

0 baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” …

0 baxış

Qubada təlimlər keçirildi

tərəfindən Editor

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan seçilmiş layihə iştirakçılarına 11 iyun tarixində Quba rayonunda təlimlər keçirilib.   Təlimdə “Qonaq evlərində təmizlik, gigiyena və …

0 baxış