Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan iştirakçılara növbəti təlimlər keçirilir.
Bəs təlimçilər kimlərdir?
Ekspert İlkin Məmmədov Bakı Turizim Peşə Məktəbində təhsil alıb. Ümumilikdə 9 il iş təcrübəsi olan İlkin bəy Quba Palace Hoteldə Loundry supervisor və Quba Şahdağ Hoteldə isə Housekeeping Manager kimi çalışıb. Hazırda Macara Lake Park Hotel-də fəaliyyətini davam etdirir.
Təlimçi Rafael İsgəndərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Turizm və Otelçilik üzrə bakalavr təhsili alıb. Fairmont Hotel Baku-da təcrübə keçərək daha sonra Kartaca Turizmdə müştəri təmsilçisi kimi fəaliyyət göstərib. Hal-hazırda Quba Destinasiya Menecmenti Təşkilatında mütəxəssis kimi çalışır.
Təlimdə Qonaq evlərində təmizlik, gigiyena və təhlükəsizlik qaydaları, Effektiv satış qaydaları və Brendləşmə kimi mövzular müzakirə olunacaq.

