(+994 51) 394 33 95

info@bizimdiyar.az

Gələcək sahibkarlar üçün biznes planının yazılması təlimi həyata keçiriləcək

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi Quba, Qusar və Xaçmaz regionundan seçilmiş layihə iştirakçılarına bu həftə sonu  təlimçi Elşən Kərimov tərəfindən “Biznes planın yazılması” təlimi keçiriləcəkdir.

 

Təlimçimiz Elşən Kərimov kimdir?

 

Elşən Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə Kafedrasının Biznesin Təşkili və İdarə Edilməsi ixtisasını bitirib. Hal-hazırda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət, yerli və xarici qeyri dövlət orqanları, maliyyə-kredit təşkilatları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq edir, eləcə də peşəkar səviyyədə investisiya layihələrinin (Bizness plan) hazırlanması və təlimlərin keçirilməsi sahəsində on beş ildən yuxarı təcrübəyə malikdir.

 

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib. Eyni zamanda layihə iştirakçılarını maraqlandıran suallar detallı şəkildə cavablandırılıb. 

0 baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” …

0 baxış

Qubada təlimlər keçirildi

tərəfindən Editor

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan seçilmiş layihə iştirakçılarına 11 iyun tarixində Quba rayonunda təlimlər keçirilib.   Təlimdə “Qonaq evlərində təmizlik, gigiyena və …

0 baxış