Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz regionundan olan iştirakçılara Elşən Kərimov tərəfindən “Biznes planın yazılması” təlimi keçirilib.
Təlimdə “Biznes plan nədir və onun əsas hissələri hansılardır?”, “Sahibkarlıq nədir? ”, “GZİT analizi” və s. kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, layihədə kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.



